Mara Salvatrucha

Mara Salvatrucha
Mərkəzi Los-Anceles  • San-Salvador
Fəaliyyəti 1980-ci illərdən bu günə qədər
Fəaliyyət göstərdiyi yer ABŞ ABŞ
Meksika Meksika
İspaniya İspaniya
Etnik tərkibi Latın amerikanları, salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar
Üzvlük Təxminən 50,000 nəfər
Fəaliyyəti narkotik ticarəti, soyğunçuluq, qəsb, reketlik, qətl, müqaviləli qətllər, insan və silah alveri, oğurluq, fidyə üçün adam qaçırma, avtomobil oğurluğu, fırıldaqçılıq, çirkli pulların yuyulması, it döyüşləri, təcavüz
Müttəfiqlər Kartel Sinaloa, Kartel Qolfo, Kartel La Familia, Meksika mafiyası, Los-Setas, Vatos-Lokos
Düşmənlər 18th Street gang, Rifa, Latin Kings, Bloods, Pirus, Los-Neqros
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mara Salvatrucha (azərb. Mara Salvatruça‎, jarqon dilində "salvadorlu küçə qarışqalarından ibarət briqada" mənasını verir, qısaca MS-13) — beynəlxalq cinayətkar qruplaşması.[1][2][3][4][5] Başda ABŞ, Meksika, El Salvador, HondurasQvatemala olmaqla OrtaŞimali Amerikanın bir çox ölkələrində aktiv olan şiddətli və sürətlə böyüyən küçə dəstələrindən biridir. Müxtəlif hesablamalara görə, cinayət sindikatının sayı assosiativ üzvlər də daxil olmaqla 50–300 min nəfər arasında dəyişir. Bu rəqəm təkcə ABŞ-də 40 min nəfər təşkil edir. Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, bir çox hüquq-mühafizə orqanlarının hesablamalarına görə Mara Salvatruça üzvlərinin sayı təxminən 50–80 min nəfərdir və bunlardan təxminən 10–15 mini ABŞ-də fəaliyyət göstərir. Bandanın etnik tərkibində salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlarispanlar çoxluq təşkil edir. Mara Salvatruça, müəyyən bir şəhər ərazisi hüdudlarında fəaliyyət göstərir və vaxtaşırı nəzarət olunan mülkləri genişləndirməyə cəhdlər göstərir.[6]

MS-13 dəstə üzvləri başda narkotik, silah və insan alveri olmaqla, quldurluq, reketlik, sifarişli qətllər, fidyə üçün adam qaçırma, oğurluq, avtomobil oğurluğu, çirkli pulların yuyulması və saxtakarlıq kimi bir çox cinayət işlərində fəaliyyət göstərirlər.[7][8] Bir çox sahibkarlar və Mara Salvatruşa ərazilərində yerləşən kiçik mağazalar gəlirlərinin yarısını dəstə üzvlərinə verməlidir. ABŞ-də yaşayan bir çox salvadorlu immiqrantlardan da təhdid olunaraq külli miqdarda pullar tələb olunur, lakin MS-13 dəstəsi ən böyük qazancını narkotik ticarəti və ya "öz" ərazilərində narkotik ticarəti hüququ əldə etmək üçün vasitəçilik yolu ilə qazanır.[9][10][11][12][13][14]

  1. Cynthia Lynn Starita. "Exploitation of Border Security by MS-13 in Aiding Al Qaeda's Agenda for Domestic Terrorism in the United States" (ingilis). 2014-11-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
  2. "Mara Salvatrucha" (ingilis). 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
  3. "В Мексике задержан член банды "сальвадорских бродячих муравьев", причастный к 45 убийствам". NEWSru.com. 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
  4. "La Mara Salvatrucha". 2014-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
  5. "«Бродячие муравьи» из Сальвадора". 2014-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.
  6. "National Gang Threat Assessment 2009" (ingilis). The National Gang Intelligence Center. 2009-01. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
  7. "How We're Ganging Up on MS-13" (ingilis). FBI. 2005-07-13. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-13.
  8. "В США арестованы 103 гангстера из группировки MS-13". NEWSru.com. 2005-03-15. 2014-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-07.
  9. "Телекомпания ABC показала интервью с боевиком самой крупной и жестокой банды США". NEWSru.com. 2005-08-05. 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-07.
  10. "Facts: Gang War USA" (ingilis). National Geographic Society. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-10.
  11. "Ties Between Gang, Fences Probed" (ingilis). Los Angeles Times. 2005-12-23. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
  12. "Gangs Threaten Salvadorans Living in US" (ingilis). FOX News Network. 2012-07-13. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
  13. "MS-13 Becomes Major Target of US Authorities" (ingilis). FOX News Network. 2012-10-11. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-12.
  14. "MS-13" (ingilis). This Is For The Mara Salvatrucha by Samuel Logan. 2012-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search